“Kəpəz” – “Neftçi” oyununda DAVA
16.10.2022 - 16:25
“Kəpəz” – “Neftçi” oyununda DAVA

Misli Premyer Liqasının X turunun “Kəpəz” – “Neftçi” oyununda qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, tarixi Azərbaycan derbisinin ikinci hissəsində ara qarışıb.

Futbolçular arasında kütləvi dava-dalaş düşüb. Gəncə təmsilçisinin oyunçusu Zamiq Əliyev qonaqların üzvü Kenni Sayefə kəllə zərbəsi vuraraq onu yerə sərib. Sonradan ara qarışıb. Lakin çətinliklə də olsa görüş bərpa olunub. Baş hakim Zamiqə qırmızı, Kenniyə sarı vərəqə verib.

Qeyd edək ki, hazırda “Neftçi” hazırda 1:0 hesabı ilə öndədir.
 

writer photo
Əlirza Əlirzalı
0