Azərbaycan çempionu “Qarabağ” Avstriya hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bu gün iki matça çıxıb.
Günün ikinci sınağında Ağdam təmsilçisinin rəqibi “Viktoriya” olub. Plzen klubu ilə qarşılaşma “Vestendorf”da baş tutub. İlk hissədə Leandro Andradenin vurduğu qollar "Qarabağ"a 2:1 hesablı qələbə qazandırıb. Çexlər fasilədən sonra Kabonqo ilə qollardan birinin əvəzini çıxıblar.
Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda Almaniya “Kayzerslautern”i ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub.
Yoxlama oyunu
9 iyul
20:00. “Viktoriya” (Plzen) – “Qarabağ” - 1:2
Qollar: Kristof Kabonqo, 49 - Leandro Andrade, 22: 44