Kolumbiya qələbə qazandı, Braziliya xal itirdi
25.06.2024 - 10:08
Kolumbiya qələbə qazandı, Braziliya xal itirdi

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunun D qrupunda mübarizəyə start verilib.

Apsport.az xəbər verir ki, beşqat dünya çempionu Braziliya Kosta-Rika ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bitib.

Digər görüşdə Kolumbiya Paraqvayı 2:1 hesabı ilə üstələyib. 32-ci dəqiqədə Daniel Munyos, 10 dəqiqə sonra Cefferson Lerma qələbədə pay sahibi olublar. Təsəlli qoluna 69-cu dəqiqədə Julio Enkiso imza atıb.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0