PFL-dən daha bir transfer
02.09.2022 - 15:52
PFL-dən daha bir transfer

Peşəkar Futbol Liqasına yeni mütəxəssis cəlb olunub. 

Apasport.az saytının məlumatına görə, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Ölkənin tanınmış idman hüquqşünaslarından Fərid Haqverdiyev müqavilə əsasında Peşəkar Futbol Liqası ilə əməkdaşlıq edəcək. O, PFL-də idman hüququnun tənzimlənməsi və bu qəbildən olan digər işlərin həyata keçirilməsinə cavabdehlik daşıyacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0