Vinisius Juniora qızıl top verildi - FOTO
12.02.2023 - 01:19
FIFA-nın təşkil etdiyi klublararası dünya çempionatında fərdi mükafatların sahibi bəlli olub.
Apasport.az xəbər verir ki, finalda dubl etmiş futbolçular bu mükafatlara sahib çıxıb.
Belə ki, "Real"dan braziliyalı Vinisius Juniora qızıl, onun komanda yoldaşı Federiko Valverdeyə gümüş və "Əl-Hilal"dan isə "Vilyareal", "Atletiko", "Sevilya" və "Valensya"nın sabiq futbolçusu Lusyano Vyettoya bürünc top verilib.
Qeyd edək ki, "Real" Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 5:3 hesabı ilə məğlub edərək 5-ci dəfə FIFA-nın təşkil etdiyi klublararası dünya çempionatının qalibi olub.
0
0