Mundialda tarixi hadisə
24.11.2022 - 00:02
Mundialda tarixi hadisə

Kanada millisinin üzvü Atiba Hatçinson dünya çempionatları tarixinə düşüb.

Apasport.az saytı xəbər verir ki, "Beşiktaş"lı yarımmüdafiəçi DÇ-2022-nin ilk turu çərçivəsində Belçika yığmasına qarşı oyuna start heyətlə başlamaqla nail olub.

O, mundiallar tarixində qapıçılar nəzərə alınmadan matça ilk "11-lik"də çıxan ən yaşlı futbolçu (39 yaş 288 gün) ünvanına yiyələnib.

Qeyd edək ki, sözügedən matçda ilk hissədən sonra Belçika millisi Kanadaya 1:0 hesabı ilə qalib gəlir.

writer photo
Əlirza Əlirzalı
0