“Qarabağ”a qol vurdu, transfer təklifi aldı
06.07.2022 - 16:14
“Qarabağ”a qol vurdu, transfer təklifi aldı

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex” kapitanı Mikael İshakı itirə bilər.

Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Azərbaycan çempionu ilə dünənki ev matçında Polşa klubuna qələbə gətirən yeganə qolun müəllifi olan hücumçu karyerasını həmin ölkədə davam etdirə bilər.

Bundesliqa II-də çıxış edən “Sankt-Pauli” 29 yaşlı forvardın xidmətində maraqlıdır. Almanlar bir müddətdir izlədikləri İshak üçün artıq ilk təklifini edib. Ancaq bazar dəyəri 3 milyon avro olan İsveç millisinin sabiq üzvünü almaq heç də asan olmayacaq. Çünki həm “Lex” aparıcı oyunçusunu əldən buraxmaq istəmir, həm də maliyyə şərtləri almanların ürəyincə deyil.

İshakın həmçinin Səudiyyə Ərəbistanı klublarının da transfer gündəmində olduğu vurğulanıb.
 

writer photo
Əlirza Əlirzalı
0