"Qarabağ"ın futbolçusu "Rapid"ə yox dedi
21.01.2024 - 21:01
"Qarabağ"ın futbolçusu "Rapid"ə yox dedi

"Qarabağ”ın futbolçusu Hamidu Keytaya Rumıniyanın “Rapid” klubundan təklif gəlib.

Apasport.az saytına verilən məlumata görə, fransalı futbolçu Ağdam klubunu tərk etmək istəməyib.

Belədə, vinger “Rapid”in təklifini geri çevirərək “Qarabağ”da qalıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2023-cü il iyunun 1-də “Zirə”dən “Qarabağ”a keçmişdi. Onun Azərbaycan çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

writer photo
Əlirza Əlirzalı
0