Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, tarixində üçüncü dəfə bu mərhələyə yüksələn "Qarabağ" Zaqrebdə "Dinamo"nun qonağı olub.
Qol şanslarını boşa verən komandamız qapısında 3 cavabsız qol görüb.
Qeyd edək ki, tərəflər arasındakı cavab matçı avqustun 28-də Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" 3:0
Qol: M. Pyatsa, 30, S. Kulenoviç, 76, 81
"Dinamo": İvan Nevistiç, Bruno Petkoviç, Martin Baturina, Arber Xoca, Sami Mae, Ronael Pyerre-Qabruel, Marko Pyatsa, Stefan Ristovski, Petar Suşiç, Yosip Mişiç, Kevi Teofile-Katerin
Baş məşqçi: Sergey Yakiroviç
"Qarabağ": Fabian Buntiç, Mateus Silva, Julio Romao, Yassin Benzia, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Juninyo, Elvin Cəfərquliyev, Patrik Andrade, Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Qlenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak ( hamısı İsveç)
VAR: Bastian Danker (Almaniya)
AVAR: Yohan Pfeyfer (Almaniya)
Zaqreb. "Maksimir" stadionu