Millimizin “səkkizliy”i
18.09.2022 - 16:53
Millimizin “səkkizliy”i

Sentyabrın sonu milli komandaların iştirakı ilə oyunlar keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Slovakiya və Qazaxıstanla qarşılaşacaq Azərbaycan yığması ən təcrübəli oyunçusunun xidmətindən məhrumdur.

Zədə üzündən xeyli müddətdir meydanlardan kənar qalan Maksim Medvedev “Qarabağ” kimi, milliyə də kömək edə bilməyəcək. Onun yoxluğunda komandanın indiki heyətində oyun sayında rekordçu Qara Qarayevdir.

Həm Maksim, həm Qara milli tarixində 70 və daha çox matç keçirən “səkkizlik”dədir:

1. Rəşad Sadıqov - 111
2. Maksim Medvedev - 81
3. Aslan Kərimov - 80
4. Kamran Ağayev - 79
5. Qara Qarayev - 77
6. Mahir Şükürov - 76
7-8. Mahmud Qurbanov - 75
Tərlan Əhmədov - 75

writer photo
Əlirza Əlirzalı
0