Boatenq özünə klub tapdı
01.02.2024 - 21:57
Boatenq özünə klub tapdı

Almaniya milli komandasının sabiq üzvü Jerom Boatenq özünə klub tapıb.

Apasport.az xəbər verir ki, 35 yaşlı müdafiəçi karyerasını İtaliyada davam etdirəcək.

Təcrübəli futbolçu "Salernitana" ilə razılıq əldə edib.

Boatenq hazırda yeni klubu üçün tibbi müayinədən keçir. O, A Seriyası təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Jerom Boatenq son olaraq "Lion"da çıxış edib. Mərkəz müdafiəçisi 2023-cü ilin iyul ayından bəri klubsuz idi.

writer photo
Əlirza Əlirzalı
0