AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Yığıncaqda Azərbaycan Premyer Liqasının XXII turunda baş verənlər müzakirə olunub. “Kəpəz” – “Səbail” oyununda meydan sahibləri 6, qonaqlar 4 futbolçu sarı vərəqə aldığı üçün hərəyə 700 manat cərimə edilib. Matçın fasiləsində Gəncə klubunun futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.
“Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev “Neftçi” ilə qarşılaşmanın fasiləsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. O, klubunu 1500 manat ziyana salıb. “Neftçi” 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək. 90+3-cü dəqiqədə “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat ziyana düşüb.