Lyoris niyə “Nitsa”ya keçməyib?
03.09.2023 - 16:05
Lyoris niyə “Nitsa”ya keçməyib?

Uqo Lyoris transferin son günü “Nitsa”ya keçməkdən imtina edib.

Apasport.az saytı xəbər verir ki, fransalı qapıçı vəziyyətə aydınlıq gətirib.

O, agentinin transferin son saatında zəng etdiyini və bu zaman qərar verməyin düzgün olmadığını bildirib: “Transfer pəncərinin bağlamasına bir saat qalmış agentim zəng vurdu. Telefonla layihə haqqında ətraflı məlumat almadan qərar vermək çox çətindir. “Nitsa” mənim klubum, mənim şəhərim, mənim qanımdır. Azarkeşlər və komanda ən yaxşısına layiqdir”.

Qeyd edək ki, “Tottenhem” iyul ayında Lyorisi transferə çıxarıb. 36 yaşlı qapıçıya müxtəlif ölkələrdən təkliflər olsa da, Uqo keçidə razılıq verməyib. Sonda qolkiper yetirməsi olduğu “Nitsa”nun təklifini də qəbul etməyib.
 

writer photo
Əlirza Əlirzalı
0