Türkiyə Futbol Federasiyası Super Liqada yarı avtomatik ofsayt sistemindən istifadə ediləcəyini açıqlayıb.
Apasport.az xəbər verir ki, 20-ci həftədən etibarən bu sistemdən istifadə edilməyə başlanacaq.
Məlumata görə, futbolçuların skelet sistemlərinin 29 fərqli nöqtəsindən stadionlardakı kameralar vasitəsilə skan edilən görüntüləri eyni vaxtda VAR mərkəzinə çatdırılacaq: "Skan edilmiş görüntülər matçın hakiminə ekran vasitəsilə göstəriləcək. Çox qısa müddətdə VAR monitorinqi, matçın hakiminin qısa müddətdə qərar verməsini təmin edir. Yarı Avtomatik Ofsayt Sistemi ilə skan edilmiş görüntü sayəsində verilən qərar, yayımçı vasitəsi ilə matçı 3D animasiya yaratmaqla izləyənlərə göstəriləcək".
Qeyd edək ki, Super Liqa matçlarına ev sahibliyi edən stadionlarda infrastruktur və kamera quraşdırmalarının tamamlandığı, sınaqların aparıldığı, məşq edilən Yarı Avtomatik Ofsayt Sistemi TFF VAR Məsləhətçisi Pavel Gill və MHK hakimləri ilə icra edilib.