Rauf Cabarov Şimali Makedoniyanın oyununda
13.11.2023 - 16:04
Rauf Cabarov Şimali Makedoniyanın oyununda

FİFA referisi Rauf Cabarov təyinat alıb.

Apasport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində iş başında olacaq.

Təmsilçimiz Şimali Makedoniya – Gürcüstan qarşılaşmasını idarə edəcək. Bu matç noyabrın 16-da keçiriləcək.
 
Ona Namik Hüseynov və Müslüm Əliyev kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0