AKAF rəsmisi: "Mingəçevir reqatası"nın nüfuzu son illərdə artıb"
16.10.2024 - 10:59
AKAF rəsmisi: "Mingəçevir reqatası"nın nüfuzu son illərdə artıb"

"İdmançılarımızdan yüksək əyarlı və daha çox medal gözləyirik".

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat katibi Vüsal Qurbanov "Mingəçevir reqatası-2024” ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan təmsilçilərinin təlim-məşq toplanışlarında iştirak etdiyini bildirib:

"Onlar fiziki və psixoloji cəhətdən turnirə tam hazırdırlar. Yarışın nüfuzu son illərdə artıb. Beynəlxalq yarışları adətən yeniyetmə və gənclər arasında keçiririk. Bu da onların inkişafları üçün önəmlidir. Reqatada güclü idmançılar çıxış edirlər. Rəqiblər də zəif deyil. Türkiyə, Gürcüstan, Moldova və başqa ölkələr mükafatlara iddialıdırlar".

writer photo
Əlirza Əlirzalı
0