Premyer Liqada “beşlik” - 10 komandadan yalnız üçündə
20.11.2022 - 15:34
Premyer Liqada “beşlik” - 10 komandadan yalnız üçündə

Misli Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar fasilə yaranıb.

Apasport.az saytının məlumatına görə, arxada qalan 14 turda yalnız 5 futbolçu bütün matçları əvəzolunmadan keçirib.

Bu “beşik”dən üçü qapıçıdır. “Sabah”da Yusif İmanov, “Qəbələ”də Səlahət Ağayev, “Sumqayıt”da Aydın Bayramov mövsümün arxada qalan hissəsində 1260 dəqiqə meydanda olub. Sonuncu iki qapıçının komanda yoldaşları arasında da belə futbolçular var. Ruan Renato “Qəbələ”nin, Səbuhi Abdullazadə “Sumqayıt”ın əvəzolunmazıdır. 

Bir sözlə, 10 komandadan yalnız üçündə belə oyunçu var. “Qəbələ” və “Sumqayıt”ın hərəsində iki, “Sabah”da bir belə futbolçu var.

Qeyd edək ki, bu beş oyunçudan biri Ruan cəza üzündən növbəti turu buraxacaq.
 

writer photo
Əlirza Əlirzalı
0