Andrey Şevçenko prezident seçildi
25.01.2024 - 19:11
Andrey Şevçenko prezident seçildi

Ukrayna Futbol Assosiasiyasının (UAF) Konqresi keçirilib.

Apasport.az xəbər verir ki, tədbir çərçivəsində qurumun yeni prezidenti seçilib. Bu vəzifəyə əfsanəvi ukraynalı futbolçu Andrey Şevçenko təyin edilib.

Ukrayna futbol rəsmiləri UAF prezidenti postuna yeganə namizəd olan Andrey Şevçenkonun təyinatını yekdilliklə dəstəkləyib.

"Milan"ın və "Çelsi"nin keçmiş hücumçusu Ukrayna Futbol Assosiasiyasının tarixində altıncı prezident olub.

Qeyd edək ki, təşkilatın əvvəlki rəhbəri Andrey Pavelko assosiasiyadakı korrupsiya qalmaqallarına görə həbsdədir.

writer photo
Əlirza Əlirzalı
0