"Turan Tovuz" Türkiyə klubu ilə bərabərə qaldı
18.07.2024 - 20:19
"Turan Tovuz" Türkiyə klubu ilə bərabərə qaldı

Hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz" toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, son mövsümü Türkiyə Super Liqasında keçirən “Pendikspor”la oyun qolsuz, tərəflərin bərabərliyi ilə başa çatıb.

Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə daha iki hazırlıq matçı keçirəcək. Tovuzlular "Adana Demirspor" və "Kocaelispor"la qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0