İspaniya millisinin və “Barselona”nın futbolçusu Qavinin yeni pərəstişkarı olduğu üzə çıxıb.
Apasport.az saytının məlumatına görə, “As” nəşri İspaniya kralı VI Felipenin böyük qızı və taxt-tacın vəliəhdi şahzadə Leonorun 18 yaşlı yarımmüdafiəçiyə aşıq olduğunu iddia edir.
Bildirilir ki, Asturiya şahzadəsinin məktəbli qovluğu Qavinin şəkilləri ilə dolub. 17 yaşlı qız DÇ-2022-də baş verənləri də yaxından izləyir.
Bir müddət əvvəl Qavi üzərində avtoqrafı olan formasını krala hədiyyə edib. Lakin bu geyimin ölçüsü nisbətən kiçik olduğundan həmin futbolka da Leonora nəsib olub.
Əvvəllər bir idmançı İspaniya kral ailəsinə qoşulub. Olimpiya Oyunlarının mükafatçısı, həndbolçu İnyaki Urdanqarin əvvəlki kral Xuan Karlosun qızı Kristina ilə evlənib.
Qeyd edək ki, Qavinin heyətində yer aldığı İspaniya millisi DÇ-2022-nin ilk iki turunda 4 xal toplayıb.