Mane PSJ-nin hədəfində
01.06.2022 - 22:28
Mane PSJ-nin hədəfində

“Liverpul”un futbolçusu Sadio Maneyə daha bir klub elçi düşüb.

Apasport.az saytının məlumatına görə, “Bavariya”nın ardınca PSJ də seneqallı hücumçunu heyətinə qatmaq istəyinə düşüb.

Fransa təmsilçisi 30 yaşlı forvard üçün 30 milyon avro ödəməyə hazırdır. Almaniya klubu da Mane üçün eyni məbləğdən keçməyə razıdır. Sadionun münhenlilərlə şəxsi müqaviləsini razılaşdırdığı da iddia olunur.

Qeyd edək ki, Mane 2016-cı ildə “Sauthempton”dan “Liverpul”a keçib.
 

writer photo
Əlirza Əlirzalı
0