Braziliyalı yarımmüdafiəçi Fred “Mançester Yunayted”dən ayrılmaq istəyir.
Apasport.az saytı xəbər verir ki, 2018-ci ildən İngiltərə klubunun şərəfini qoruyan 30 yaşlı futbolçu komandasını dəyişməyi planlaşdırır.
“Dumanlı Albion”da bir neçə komandadan təklif alan oyunçu gələcəyini ailəsi və klub nümayəndələri ilə müzakirə edəcəyini deyib: “Hər şeyi ailəmlə müzakirə etməliyəm, müqaviləm daha bir il qüvvədə olacaq. İndi tətil vaxtıdır, istirahət etmək üçün yaxşı fürsətdir. Klub nümayəndələri ilə danışıb hər kəsin fikrini öyrənəcəm. Baş məşqçi Erik ten Haqla da gələcəyim haqqında danışacam. Əhəmiyyətli olmaq, komandaya kömək etmək istəyirəm. Əks halda, burada olmağın bir mənası olmaz”.
Qeyd edək ki, son mövsümdə 56 matçda forma geyinən oyunçu 6 qol və eyni sayda assistlə yadda qalıb.