"Mançester Yunayted" futbolçusunu icarəyə göndərdi
26.07.2024 - 11:55
"Mançester Yunayted" futbolçusunu icarəyə göndərdi

"Mançester Yunayted"ə məxsus hücumçu Co Huqill karyerasını başqa bir İngiltərə klubunda davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçu icarə əsasında "Viqan"a keçib.

Tərəflər arasında bağlanan əmək müqaviləsinin müddəti növbəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Huqill ötən mövsümün ikinci yarısını icarə əsasında “Börton Albion”da keçirib. Hücumçu 30 matçda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 200 min avro olaraq qiymətləndirilir.
 

writer photo
Əlirza Əlirzalı
0