Musanın komandası qələbəni əldən verdi
13.08.2023 - 19:19
Musanın komandası qələbəni əldən verdi

Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” uduzub.

Apasport.az-ın məlumatına görə, komanda İsveç çempionatının 19-cu turundə “Göteborq”a məğlub olub.

Səfər matçına “Yurqorden” yaxşı başlayıb. Komanda birinci hissədə hesabı açsa da, sona yaxın üstünlüyü əldən verib. Meydan sahibləri 77 və 86-cı dəqiqələrdə iki qol vuraraq, qələbə qazanıblar. Musa görüşün 88-ci dəqiqədə əvəzetmədən meydana daxil olub. Yığmamızın üzvü qısa müddət ərzində heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, “Yurqorden” 33 xalla 5-ci pillədə yer alıb.
 

writer photo
Əlirza Əlirzalı
0