Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, yığma yarışa 9 idmançı ilə qatılacaq.
Məşqçilər korpusu Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək çempionatda Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyliyə (109 kq) şans verəcək.
Qeyd edək ki, qitə birinciliyi fevralın 12-20-də keçiriləcək. Yarışda 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirakı gözlənilir.