“Vinisius və Rodriqo ilə oynamaq çox asandır” – Mbappe
15.08.2024 - 13:56
“Vinisius və Rodriqo ilə oynamaq çox asandır” – Mbappe

La Liqa təmsilçilərindən “Real”ın hücumçusu Kilian Mbappe komanda yoldaşları barədə danışıb.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu Vinisius və Rodriqo ilə oynamağın çox asan olduğunu bildirib:

“Vinisius və Rodriqo ilə oynamaq çox asandır, çünki onlar əla oyunçulardır. Eyni şey Cud Bellingem üçün də keçərlidir. Onlarla eyni komandada olmaq çox xoşdur”.

25 yaşlı forvard “kral klubu”nda debütünü UEFA superkubokunda “Atalanta” ilə matçda (2:0) edib. O, ilk dəqiqələrdən meydanda olub.

writer photo
Əlirza Əlirzalı
0