Cüdoçularımız Avstriyada
09.01.2024 - 10:50
Cüdoçularımız Avstriyada

Cüdoçularımız qarşıdakı yarışlara hazırlığa start veriblər.

Apasport.az xəbər verir ki, milli komandamız bu məqsədlə Avstriyanın Mittersill şəhərinə yollanıb.

İdmançılarımız Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutacaq təlim-məşq toplanışına qatılıb. Yanvarın 16-dək davam edəcək təlimlərdə gündə iki dəfə məşq keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, sözügedən məşqlərə ölkəmizlə yanaşı Yaponiya, Niderland, Fransa, Gürcüstan və digər ölkələrdən də idmançılar cəlb edilib.
 

writer photo
Əlirza Əlirzalı
0