"Spartak"ın sabiq baş direktoru: “Azərbaycan millisi Çerçesov üçün yaxşı seçimdir”
28.03.2024 - 12:10
Moskvanın "Spartak" klubunun sabiq baş direktoru Sergey Şavlo rusiyalı mütəxəssis Stanislav Çerçesovun Azərbaycan milli komandasının baş məşqçisi postuna təyin oluna biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Apasport.az xəbər verir ki, Şavlo bu barədə Rusiyanın “Championship” nəşrinə danışıb:
“Çerçesovun xarici təcrübəsi var. Milli komandada məşqçilik Çerçesov üçün yaxşı seçimdir. O, bir sıra klubları, həmçinin Rusiya millisini də çalışdırıb və uğur qazanıb”.
Qeyd edək ki, Çerçesovun son iş yeri Macarıstanın “Ferencvaros” klubu olub.
0
0