Caka İsveçrə millisində rekorda şərik oldu
16.10.2023 - 20:33
Caka İsveçrə millisində rekorda şərik oldu

Qranit Caka İsveçrə millisində rekorda şərik olub.

Apasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsinin Belarusla matçının start heyətində meydana çıxıb.

8-ci tura təsadüf edən bu görüş futbolçunun karyerasında 118-ci matç olub. Bununla da Caka Hermann Haynsın rekordunu yeniləyib.

Qeyd edək ki, İsveçrə millisi növbəti oyununu səfərdə İsrail millisinə qarşı keçirəcək. Yarımmüdafiəçi bu görüşdə də iştirak edərsə mütləq rekorda sahib olacaq.

writer photo
Əlirza Əlirzalı
0