"Qarabağ" hazırlığa başlayacağı vaxtı açıqladı
05.06.2022 - 21:14
"Qarabağ" hazırlığa başlayacağı vaxtı açıqladı

"Qarabağ" iyunun 9-da yeni mövsümün hazırlığı üçün bir araya gələcək.

Apasport.az saytı xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, hazırlığın Bakı mərhələsi iyunun 20-dək davam edəcək.

Komanda toplanışın ikinci mərhələsi üçün iyunun 20-də Avstriyaya yollanacaq. Avstriya toplanışı üçün 3 yoldaşlıq oyunu nəzərdə tutulub. Rəqiblər barədə daha sonra məlumat veriləcək.

writer photo
Əlirza Əlirzalı
0