“Çətin oyun keçdi, bu da gözlənilən idi".
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XV turunda “Qarabağ”la qolsuz bərabərə qaldıqları oyun barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis qarşılaşmanın ardından fikrini bu sözlərlə davam etdirib: “Qarabağ"la oyun hamı üçün ağır keçir. Amma futbolçular bu gün meydanın hər qarışı uğrunda mübarizə apardılar. Rəqibin müdafiəsində səhv gözlədik, amma "Qarabağ" səhv etmədi. Biz də ən azı səhv etməməyə çalışdıq. Bu heç-heçə turnir cədvəlinə təsir göstərməsə də, psixoloji baxımdan çox vacib idi. Çünki ilk dövrədə böyük hesabla məğlub olmuşduq. Həmin dönəmdən bəri "Zirə" inkişafdadır. O qarşılaşmanın da birinci hissəsini pis keçirməmişdik. Sadəcə, 2-3-cü qoldan sonra komanda psixoloji gərginlik yaşadı. 1:7 hesabından sonra bugünkü əzmkarlığı görmək mənim üçün çox vacib idi".
- Avropa Super Liqa layihəsi 2025-ci ilin yayında reallaşacaq
- Murad Musayev: “Krasnodar”da rublla alırdım, Azərbaycanda dollarla”
- Bəxtiyar Musayev: “Elə yerimizdə saya-saya qalacağıq” – “Ofsayd”
- “Borussiya” ÇL-in finalında uduzsa, daha yüksək məbləğ qazanacaq
- “Qarabağ” və “Liverpul” qalib gələcək – Ekspert komandamızın KUPONu