“Rusiya ilə müqayisədəki maaş dəyişikliyi kursdan asılıdır. “Krasnodar”da rublla alırdım, indi dollarla”.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı mütəxəssis “sports.ru”ya müsahibəsində müqaviləsinin maliyyə tərəflərindən danışıb: “Son bir ildə dollar çox dəyişib. Amma müqavilə bağladığım vaxtda dollar Rusiyadan iki dəfə az oldu. Orda 1-ci divizionundakı məşqçilərlə eyni qazandığım düz deyil. Düşünmürəm ki, FNL-də kimsə bu qədər qazansın. Ümumiyyətlə, pul mövzusu məndən uzaqdır. “Krasnodar”da rəhbərliyə bir dəfə də deməmişəm ki, maaşımı artırın. Deməmişəm ki, o məşqçi bu qədər alır, mən isə bu qədər. Burada da elədir. Mən heç vaxt qiymət danışmamışam. Şərtlər təklif olunanda müqavilə imzalamışam. Bəlkə də bu pis keyfiyyətdir. Məndə belə xüsusiyyət olsaydı “Krasnodar”da daha çox qazanardın. Amma əgər yaxşı işləsəm, yaxşı pulum və müqaviləm olacaq”.
Qeyd edək ki, Musayev 2021-ci il oktyabrın 30-da “Sabah”la müqavilə imzalayıb.