“Milan” İngiltərədən hücumçu alır
19.10.2022 - 16:47
“Milan” İngiltərədən hücumçu alır

Hücumçu axtarışında olan “Milan” Armando Broyanı heyətinə qatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu futbolçu üçün təklif hazırlayıb.

Milanlılar hücumçunun məxsus olduğu “Çelsi” ilə danışıqlara başlayacaq. Bu, 2023-cü ilin əvvəlinə planlaşdırılıb.

Qeyd edək ki, albaniyalı forvard cari mövsümün 10 oyununda 1 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0