“Viktoriya”nın hücumçusu: “Qarabağ”la matçda bu imkan böyük motivasiyadır”
17.08.2022 - 12:00
“Viktoriya”nın hücumçusu: “Qarabağ”la matçda bu imkan böyük motivasiyadır”

“Çempionlar Liqasının qrupuna düşmək asan olmayacaq. Amma yaxşı heyətimiz var və hər kəs irəliləmək üçün əlindən gələni edəcək”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Plzen “Viktoriya”sının yeni transferi Erik Jirka deyib.

25 yaşlı hücumçu bu gün baş tutacaq matçda fərqlənmək arzusunda olduğunu etiraf edib: “Viktoriya”nın avrokuboklarda çıxış etməsi mənim bura gəlməklə bağlı qərarımda müəyyən rol oynadı. Axı hər klubun Çempionlar Liqasının qrupunda oynamaq imkanı olmur. “Qarabağ”la matçın nəticəsinə təsir etmək imkanımın olması mənim üçün böyük motivasiyadır. Trnava “Spartak”ında oynayanda avrokuboklarda iştirak etmişəm. Ancaq Çempionlar Liqası daha yüksək səviyyədir”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də start götürəcək. Plzendəki cavab oyunu avqustun 23-nə təsadüf edəcək.

writer photo
Əlirza Əlirzalı
0