"Sabah" tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı
02.04.2023 - 20:14
"Sabah" tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı

"Sabah" avrokuboklara vəsiqəni rəsmən təmin edib.

Apasport.az-ın xəbərinə görə, Masazır təmsilçisi buna Azərbaycan Premyer Liqasının XXVIII turunun "Qəbələ" ilə matçından sonra nail olub.

3:2 hesablı qələbədən sonra xallarının sayını 65-ə yüksəldən "Sabah"ın sona 8 tur qalmış ilk "3-lük"dən kənar qalmayacağı dəqiqləşib. Bu isə o deməkdir ki, "Sabah" növbəti mövsüm Azərbaycanı ən pis halda Konfrans Liqasında təmsil edəcək.

writer photo
Əlirza Əlirzalı
0