“Monako”nun müdafiəçisi “Mançester Yunayted”in hədəfində
27.04.2023 - 17:31
“Monako”nun müdafiəçisi “Mançester Yunayted”in hədəfində

“Mançester Yunayted” yay transfer pəncərəsində müdafiəçi almağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Vandersona elçi düşüb.

Premyer Liqa təmsilçisi 21 yaşlı futbolçu üçün “Monako”ya təklif göndərəcək. 2022-ci ilin yanvarından “Knyazlıq klubu”nda çıxış edən braziliyalı mövsümün 34 matçında 1 qol vurub və Avropanın aparıcı klublarının da maraq dairəsinə düşüb.

Qeyd edək ki, Vandersonun transfer qiyməti 18 milyon avro ilə dəyərləndirilir.
 

writer photo
Əlirza Əlirzalı
0