"Bayer" - "Qarabağ" matçı üçün biletlər satışda
12.03.2024 - 00:13
"Bayer" - "Qarabağ" matçı üçün biletlər satışda

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) iticket.az-da satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, biletin qiyməti 31 manat təşkil edir. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb:

"Martın 14-ü “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl azarkeşlər üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlisiniz.

Qeyd: Bilet alarkən istifadə etdiyiniz vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür".

Bilet satışı: https://iticket.az/.../sport/bayer-04-leverkusen-qarabag-fk

writer photo
Əlirza Əlirzalı
0