Bakı ilk dəfə güləş üzrə U-23 Avropa çempionatına ev sahibliyi edəcək.
Azərbaycan Güləş Federasiyasından apasport.az-a verilən məlumata görə, 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyi ölkəmizdə keçiriləcək.
32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında təşkil ediləcək.
Proqrama əsasən, qitə çempionatına yunan-Roma güləşçiləri start verəcəklər. Daha sonra olar estafeti qadın güləşçilərə ötürəcəklər. Yarışa sərbəst güləşçilər yekun vuracaqlar. Görüşlər hər gün saat 10:30-da start götürəcək.
Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də, saat 17:00-da başlayacaq.
Qeyd edək ki, yaxın günlərdə Avropa çempionatının biletləri “Iticket” şirkəti vasitəsi ilə satışa çıxarılacaq.