Qətərdən “Beşiktaş”ın futbolçusuna elçi
15.09.2023 - 17:22
Qətərdən “Beşiktaş”ın futbolçusuna elçi

“Beşiktaş”ın futbolçusu karyerasını Qətərdə davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, “Əl Qarafa” İstanbul təmsilçisindən Salih Uçana elçi düşüb. 

Qətərlilər artıq Türkiyə millisinin də şərəfini qoruyan yarımmüdafiəçinin özü və klubu ilə danışıqlara başlayıb. “Qara qartal”lar isə komandanın əsas heyət üzvünün gedişinə razı deyil.  

Qeyd edək ki, bu mövsüm 8 matçda iştirak edən Salih Uçan 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0