Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq
03.06.2024 - 09:57
Azərbaycan millisi İtaliya ilə qarşılaşacaq

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, milli komandamız İtaliya yığması ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Elşad Quliyevin yetirmələri dünən ilk matçında Belçikanı (3:0) məğlub edib. İtaliya isə Fransaya uduzub - 1:3.

Qeyd edək ki, komandamız iyunun 4-də Fransa ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0