Löv DÇ-2022-də nə istəyir?
30.10.2022 - 10:28
Löv DÇ-2022-də nə istəyir?

Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv karyerasını bərpa etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, bunu 62 yaşlı mütəxəssisin özü açıqlayıb.

Təcrübəli mütəxəssis maraqlı təkliflər gözlədiyini, DÇ-2022-dən sonra işə başlamaq istədiyini bildirib: “Futbolda işə qayıtmaq fikrindəyəm. Bu idman növü çox zövq verir. Futbola baxanda özümü motivasiyalı hiss edirəm. Bir neçə ay idi belə şey olmurdu. Maraqlı təklif olsa, mən hazıram. İndiyədək işə düzəlməməyimin səbəbi DÇ-2022-dir. Heç olmasa bir dəfə mundialı tamaşaçı qismində izləmək istəyirəm”.

Qeyd edək ki, Löv 2006-21-ci illərdə Almaniya millisini çalışdıran Löv DÇ-2014-ün və Konfederasiyalar kuboku-2017-nin qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0