Perişiç vətəninə qayıtdı
19.01.2024 - 23:56
"Tottenhem" İvan Perişiçi icarəyə göndərib.
Apasport.az xəbər verir ki, 34 yaşlı xorvat "Hayduk"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli vinger mövsümün sonuna qədər Xorvatiya klubunda oynayacaq.
Perişiç "Tottenhem"lə 50 oyunda 1 qol, 14 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, tanınmış futbolçu daha əvvəl "Soşo", "Brügge", "Borusiyya"(Dortmund), "İnter", "Volfsburq", "Bavariya" kimi komandalarda oynayıb.
0
0