Messi və Ronaldonun duelinin vaxtı dəqiqləşdi
12.12.2023 - 13:02
Messi və Ronaldonun duelinin vaxtı dəqiqləşdi

“İnter Mayami” və “Əl-Nəsr” arasında yoldaşlıq oyununun vaxtı dəqiqləşib.

Apasport.az xəbər verir ki, bunu MLS təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Lionel Messinin formasını geyindiyi ABŞ klubu Səudiyyə Ərəbistanında iki matça çıxacaq. Hər iki qarşılaşma Ər-Riyadda baş tutacaq.

Yanvarın 29-da “İnter Mayami”nin rəqibi “Əl-Hilal” olacaq. Fevralın 1-də isə Messinin komandası Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr”lə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0