Joze Alesio da Silva: "Son şans olacaq"
10.10.2022 - 21:43
Joze Alesio da Silva: "Son şans olacaq"

“Komandada əhval-ruhiyyə yaxşıdır. Fikrimcə, Bakıda Polşa ilə matçda vacib qələbə qazandıq. Sadəcə, uşaqlarda yol yorğunluğu var. Bu gün görüşün keçiriləcəyi arenada ilk məşqimizi keçirdik".

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva deyib.

Millimiz DÇ-2024-ün əsas mərhələsi çərçivəsində sabah Yunanıstan yığması ilə qarşılaşacaq. Afinadakı Teodoros-Putos İdman zalında baş tutacaq qarşılaşma öncəsi braziliyalı mütəxəssis azfutzal.az saytına fikirlərini bildirib: "Çox diqqətli olmalıyıq. Çünki oyun bizim qədər rəqib üçün də vacibdir. Məncə, bu duel Yunanıstan üçün növbəti mərhələyə yüksəlmək baxımından bəlkə də son şans olacaq. Ona görə onlar maksimum güc sərf edib, qələbə qazanmağa çalışacaqlar. Onlar 3 xal qazansalar, qrupda hər kəsin xalı bərabər olacaq. Məğlub olsalar, çox cüzi şansları qalacaq. Oyuncularla söhbət etmişəm, qələbədən başqa nəticə haqda düşünmürük". 

Çalışdırıcı əlavə edib ki, heyətlə bağlı müəyyən dəyişiklik olacaq: "Felipinyonun cəzası başa çatıb və o, artıq meydana çıxa biləcək. Ancaq Fineo bu dəfə bizə kömək edə bilməyəcək. Onun zədəsi var. Bakıdakı matça həkimin köməyi ilə çıxmışdı, bu dəfə qərara gəldik ki, risk etməsin”.

writer photo
Əlirza Əlirzalı
0