Mudriki Bolt etmək istəyirlər
17.01.2023 - 12:43
Mudriki Bolt etmək istəyirlər

İngiltərənin “Çelsi” klubu 100 milyon avroya Ukrayna "Şaxtyor"undan aldığı yarımmüdafiəçi Mixail Mudrik üçün xüsusi məşq proqramı hazırlayıb.

Apasport.az saytı xəbər verir ki, futbolçu fiziki hazırlıq üzrə şəxsi məşqçisi ilə intensiv çalışmalara üstünlük verəcək. 

Təlimin əsas məqsədi biri sprintdə maksimum 40 km/saat sürətə nail olmaqdır.

Qeyd edək ki, yamaykalı əfsanəvi atlet Useyn Bolt Pekin-2008-də 43,9 km/saat sürətlə rekord vurub.

writer photo
Əlirza Əlirzalı
0