Ronaldo oynamaq istədiyi klub profilini açıqladı
08.07.2022 - 00:00
Ronaldo oynamaq istədiyi klub profilini açıqladı

“Mançester Yunayted” yeni mövsümün hazırlığına başlasa da, hələ də komandaya qoşulmayan Kriştiano Ronaldo oynamaq istədiyi klub profilini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı superulduz Çempionlar Liqasından kənarda qalmaq istəmir.

“Qırmızı şeytanlar”ın bu turnirə vəsiqə qazanmaması və ləng transfer fəaliyyəti Portuqaliya millisinin üzvünün ora qayıtmaq istəməməsinə gətirib çıxarıb. Artıq Premyer Liqa təmsilçisi də onun gedişi ilə barışıb. Ronaldo özü isə Çempionlar Liqasının qazanmaq şansı yüksək olan kluba keçmək niyyətindədir.

Hazırda onun xidmətində ən çox maraqlı olan klublar PSJ, “Çelsi” və “Roma”dır. İlk iki nəhənglə müqayisədə “Roma”nın şansı o qədər də yüksək qiymətləndirilmir.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqaviləsinin sonuna hələ bir il vaxt qalır.
 

writer photo
Əlirza Əlirzalı
0