"Qəbələ" "Sabah"la yoldaşlıq görüşü keçirəcək
21.03.2024 - 11:49
"Qəbələ" "Sabah"la yoldaşlıq görüşü keçirəcək

"Qəbələ" klubu "Sabah"la yoldaşlıq görüşü keçirəcək.

Apasport.az xəbər verir ki, matç "Bank Respublika Arena"da baş tutacaq. Görüş martın 23-də, saat 17:00-da başlayacaq. 

Qeyd edək ki, "Qəbələ" Azərbaycan Premyer Liqasında 27 turdan sonra 16 xalla sonuncu pillədə qərarlaşıb. Hesabında 40 xal olan "Sabah" ikincidir.

writer photo
Əlirza Əlirzalı
0