Ronaldonun həyat yoldaşından ELAN
26.01.2023 - 17:21
Ronaldonun həyat yoldaşından ELAN

Portuqaliyalı superulduz Kriştiano Ronaldonun həyat yoldaşı Georgina Rodriqez yenidən diqqət mərkəzinə düşüb.

Apasport.az saytı xəbər verir ki, o, “Netflix” platformasında "Mən Georginayam" (" Soy Georgina ") şousunun ikinci mövsümünün yayımlandığını elan edib.

İspan model qırmızı vərəqə və fitlə hakim rolunu oynayaraq yeni mövsümün təqdimatında rol alıb.

Qeyd edək ki, şouda heç nəyi olmayan bir qızın sonradan əldə etdiyi şan-şöhrət və keçdiyi həyat yolundan bəhs edilir.
 

writer photo
Əlirza Əlirzalı
0