Könül Mehdiyeva UEFA-dan təyinat alıb
19.08.2024 - 12:21
Könül Mehdiyeva UEFA-dan təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.

Apasport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Rumıniyada yerli ÇFR və Kiprin "Pafos" komandaları arası keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 22-də Kluj-Napoka şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0