“Səbail” ilk legioner transferini reallaşdırıb
07.07.2024 - 18:11
“Səbail” ilk legioner transferini reallaşdırıb

Türkiyədə hazırlıq keçən “Səbail” ilk legioner transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Dənizçilər” albaniyalı Amir Bilali ilə 1 illik müqavilə imzalayıblar. 30 yaşlı mərkəz müdafiəçisinin çıxış etdiyi son klub Şimali Makedoniya təmsilçisi “Qostivar” olub. O, "Sənail"də 44 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Fərid Nəbiyev, Nihat Quliyev və Vüsal Məsimovu transfer edib.

writer photo
Əlirza Əlirzalı
0